21 Nisan 2016 Perşembe

Yediyimiz Qidalarin Orqanizmdə Dövr Etməsi

Yediyimiz Qidalarin Orqanizmdə Dövr Etməsi

Orqanizmimizin fəaliyyəti üçün lazım olan enerjini müxtəlif qidalardan alırıq. Lakin makaron, ət və ya banan kimi qidaların orqanizm tərəfindən istifadə edilə bilməsi üçün ilk olaraq bu qidalar həzm edilməlidir. Qidalar həzm edildikdən sonra artıq orqanizmin hüceyrələri onlardan istifadə etməyə başlayır. Bananda və ya almada olan şəkər hüceyrələrinizi qidalandırır və enerjinizi artırır, ətin tərkibində olan protein isə hüceyrələrinizin inkişaf etməsinə, yəni orqanizminizin böyüməsinə səbəb olur. Bunu dərk etmək üçün bir qədər keçmişə gedib yenicə dünyaya gəldiyiniz vaxtı xəyalınıza gətirin.
grow
YAŞ 1
YAŞ 7
YAŞ 11
Yeni doğulduğunuz zaman təxminən 2-3 kiloqram ağırlığında idiniz. 10 yaşında 30-35, 15 yaşında 40-45, 20-25 yaşında isə 50-60 kiloqram olacaqsınız.
Aradakı bu çəki fərqinin səbəbi yediyiniz qidaların tərkibindəki maddələrin müəyyən zaman keçdikdən sonra orqanizmə əlavə olunmasıdır. Bu qidaların bir hissəsi sizin velosipedə minməyiniz, qaçıb oynamağınız üçün lazım olan enerjini təmin edir, digər hissəsi isə orqanizminizə əlavə olunur və ətinizi, sümüyünüzü əmələ gətirir. Yerdə qalan lazımsız hissəsi isə bədəndən xaric olunur. Beləliklə, bütün bu proseslər həzm sisteminizdə baş verir. Mədə, bağırsaqlar və mədəaltı vəzi kimi orqanlar həzm sistemində əsas rol oynayır.
digestive system
Ağizdan Başlayarak Bağirsaklara Doğru Devam Eden Sindirim Kanalinin Uzunluğu 10 Metredir
1- Tükürük bezleri nişastanın sindirilmesini sağlayan tükürük salgısını üretirler.
2- Karbonhidrat içerikli besin
3- Karbonhidratlar şekere dönüşür.
4- Glikoz karaciğere gider.
5- İnsülin karaciğere glikozu, glikojen olarak depolamasını bildirir.
6- Karaciğer glikojen depolar.
7- İnsülin karaciğere glikojeni glikoza çevirmesini bildirir.
8- Kan şekeri düştüğünde, pankreas karaciğere glukagon hormonu gönderir.
9- Kan şekeri yükseldiğinde, pankreas karaciğere insülin hormonu gönderir.
10- Pankreasta karbonhidratları parçalayan bir başka enzim üretilir.
11- On iki parmak bağırsağında karbonhidratlar daha küçük parçalara bölünür.
12- Glikoz kana karışır.
Həzm sisteminin fəaliyyəti neftayırma zavodlarının fəaliyyət prinsipinə bənzəyir. Neftayırma zavodlarına xammal kimi gələn neft qurğular vasitəsilə təmizlənərək istifadəyə verilir. Yediyimiz qidalar da mədəmizə xammal kimi daxil olur və orqanizmin ondan istifadə etməsi üçün müxtəlif mərhələlərdən keçir. Mədə və bağırsaqlarda həzm olunan qidalar hüceyrələrin qidalanacağı hala gəlir və qan damarları yolu ilə bütün qidalar ehtiyac olan yerə doğru hərəkət edir.
factory
Neftayırma zavodlarında bir maddə müəyyən üsullarla müxtəlif məhsullara - avtomobilləri hərəkətə gətirən benzinə və ya idman ayaqqabısının rezin hissəsinə çevrilirsə, yediyimiz məhsulların içindəki qidalar da mədənin ehtiyacına görə yağ, şəkər və karbohidrat olaraq çox kiçik hissələrə ayrılır. Lakin unutmayın ki, siz dadlı bir sendviç yedikdən sonra mədənizdə gedən proseslər neftayırma zavodunda baş verənlərdən daha mürəkkəbdir. Bundan əlavə bir azdan oxuyacağınız bu hadisələr neftayırma zavodu kimi nəhəng bir yerdə deyil, orqanizmimizin kiçik bir hissəsində baş verir.
Orqanizmimizdə həzm proseslərinin getdiyi yol cəmi 10 metr uzunluğundadır. Bu isə insan boyundan 6-7 dəfə hündür ölçü deməkdir ki, belə bir uzunluğun orqanizmimizə yerləşdirilməsi də qeyri-adi haldır. Belə uzun kanal orqanizmimizə necə yerləşdirilmişdir? Beləliklə, bu sualın cavabı orqanizmimizin yaradılmasında xüsusi nizam olduğunu bir daha sübut edir.
Yan səhifədə şəklini gördüyünüz həzm borusu orqanizmimizə qıvrılmış formada yerləşdirildiyi üçün uzun olmasına baxmayaraq, kiçik bir sahəni tutur. Bu xüsusi plan hər şeyi yaradan Rəbbimizin qüsursuz planıdır. Həzm sisteminin bu xüsusiyyəti Allahın orqanizmimizdə yaratdığı möcüzələrdən yalnız biridir.
Dişlərinizin Görünüşcə Nə Üçün Bir-Birindən Fərqli Olduğunu Bilirsinizmi?
Bunun səbəbi dişlərin hər birinin öz müxtəlif funksiyasının olmasıdır. Məsələn, ön dişləriniz iti olduğu üçün almanı asanlıqla dişləyə bilirsiniz. Bəs arxadakı azı dişləriniz öndə olsaydı? Bəli, doğru düşündünüz. Bu halda almanı azı dişlərinizlə kəsə bilməzdiniz. Həmçinin kəsici ön dişləriniz də ağzınızın arxa hissəsində olsaydı, bu dəfə də yediyiniz qidanı çeynəyə bilməyəcəkdiniz.
Orqanizmimizin hər bir hissəsində olduğu kimi ağzımızdakı dişlər də Allahın qüsursuz yaratması ilə bizim üçün ən sərfəli şəkildə düzülmüşdür.
teeth

Dilinizin Arxasında Faydalı Bakteriyalar Var
Bakteriyalar əsasən zərərlidir və onların zərərli təsirindən qorunmaq üçün həm orqanizmin, həm də ətrafın təmizliyinə diqqət yetirilməlidir. Lakin alimlər son illərdə zərərli bakteriyalarla yanaşı zərərsiz bakteriyaların da mövcud olduğunu kəşf ediblər. Bəli, səhv oxumadınız, orqanizminizdə sizin üçün faydalı olan bakteriyalar da var. Dilinizin arxa hissəsindəki bu bakteriyaların vəzifəsi mədəmizdəki zərərli mikrobları yox etməkdir. Lakin əlbəttə ki, bu mikrobların yox edilməsi asan deyil. Bunun üçün mərhələli proseslər baş verir. Ən əvvəl bakteriyalar qəbul etdiyiniz yaşıl yarpaqlı qidaların, məsələn, salatın içində olan “nitrat” adlı maddəni dilinizin arxa hissəsində “nitrit” adlı başqa bir maddəyə çevirir. Lakin proses bununla bitmir. Bu dəfə ağız suyu nitritlə birləşdiyi zaman mikroböldürücü təsiri olan başqa bir maddəyə çevrilir. Beləliklə, dilinizin arxa hissəsindəki bakteriyalar sayəsində ağızda mikroböldürücü maddə əmələ gəlir. Bildiyiniz kimi, mikroblar orqanizmdə müxtəlif xəstəliklərə şərait yaradır. Elə bu mikroböldürücü maddəni ifraz edən zərərsiz bakteriyalar sayəsində çoxlu xəstəlikdən qorunmuş olursunuz. Bu zərərsiz bakteriyalar da orqanizmimizi mükəmməl şəkildə yaradan Rəbbimizin bizə olan şəfqətinin göstəricilərindən biridir. Allah bizə bir çox gözəllik və nemətlər vermişdir və bir Quran ayəsində də Allah bu nemətlərin çoxluğunu belə bildirir:
behind the language
“Əgər Allahın nemətlərini sayacaq olsanız,
sayıb qurtara bilməzsiniz.
Həqiqətən Allah bağışlayan və rəhm edəndir!”
(Nəhl surəsi, 18)

Mədəmiz Qidanı Necə Həzm Edir?

children
Yuxarıda qısa olaraq bəhs etdiyimiz həzm sistemini indi bir az da dərindən incələyək. Nəfəs almağınızı, üzməyinizi, velosiped sürməyinizi, qida qəbul etməyinizi düşünün... Bütün bunlar gündəlik həyatın bir hissəsidir. Lakin bütün bunların necə baş verdiyini çox vaxt fikirləşmirik. Orqanizmimizin enerjiyə ehtiyacı var. Bu enerjini qəbul etdiyimiz qidalardan aldığımızı qeyd etmişdik. Amma orqanizmin ehtiyacı olan qidalar qanın içində hərəkət edə biləcək qədər kiçik, sadə hissələr şəklində olmalıdır. Əks halda onlar hüceyrələrin içinə daxil ola bilməz. Lakin bizim qəbul etdiyimiz qidalar böyük hissələr şəklindədir. Bu zaman orqanizmimizin qəbul etdiyimiz qidadan istifadə edə bilməsi üçün bu böyük qida hissələrini həzm edən sistemə ehtiyac yaranır. Əslində, buna qısaca olaraq qəbul etdiyimiz qidanı daha kiçik hissələrə ayıran dəyirman da demək olar. Beləliklə, orqanizmimizdəki bu dəyirmana “həzm sistemi” adı verilmişdir.
Bu sistem hər hansı bir aparatda olduğu kimi müxtəlif hissələrdən ibarətdir və bu hissələrin hər biri qüsursuz olaraq işlədiyi üçün qidaları həzm edə bilirsiniz. Həzm sisteminin hissələrinin bir-birinə uyğun şəkildə olması çox əhəmiyyətlidir, əks halda sistem işləmir.
İndi isə sistemin işləyə bilməsi üçün hər bir hissənin yerli-yerində olmasının əhəmiyyətini daha aydın başa düşəsiniz deyə örnək verək.
food
Uzaqdan idarə olunan avtomobil təkərlər, idarəetmə pultu, mühərrik, batareyalar, dişli çarx, baraban və anten kimi müxtəlif hissələrdən ibarətdir. Həzm sistemində də eyni şəkildə müxtəlif hissələr var. Bunlar mədə, qida borusu, dişlər, dil, bağırsaqlar kimi müxtəlif orqanlarımızdır.
CoverstheLarynx
Vücudumuzda hayat kurtaran bir kapı vardır. Bu kapı nefes borusunun hemen yukarısındaki gırtlak kapağıdır. Yutkunduğunuzda gırtlak kapağı kapanır, böylece nefes borusunun girişi de kapanmış olur ve yediğimiz yiyecekler nefes borusuna kaçmaz.
I. gırtlak kapağı açık,   
II. gırtlak kapağı kapalı.
İndi isə uzaqdan idarə olunan avtomobilin antensiz və ya təkərlərsiz hərəkət etdiyini düşünək. Əlbəttə ki, bu mümkün deyil. Avtomobil yalnız bütün hissələri birlikdə olduğu zaman işləyir. Beləliklə, həzm sisteminin şalıçması üçün də bütün hissələr olmalıdır. Qida borusu olmadan mədənin olması mənasızdır. Çünki qidanı mədəyə aparan qida borusudur. Və ya mədə olmadan bağırsaqlar heç bir işə yaramaz. Çünki mədədə həzm edilən qidalar bağırsaqlara keçərək hüceyrələrimizi qidalandaracaq hala gətirilir.
car
Haqqında danışdığımız bu sistem göstərir ki, hər şeyin yaradıcısı olan Rəbbimiz bizim üçün hər yöndən qüsursuz bir sistem yaratmışdır. Bu bir daha sübut edir ki, Rəbbimizdən başqa Tanrı yoxdur. Bir ayədə Allah belə buyurur:
“Sizin Tanrınız ancaq o Allahdır ki, Ondan başqa heç bir Tanrı yoxdur. O, elmi ilə hər şeyi ehtiva etmişdir!”
(Taha surəsi, 98)

Həzm Mexanizmi Fəaliyyətə Başlayır....

Qidanın həzmi əvvəl ağızda başlayır. Qəbul etdiyiniz qidaların tərkibində olan karbohidratlar ilk olaraq ağız suyu tərəfindən parçalanır. Məsələn, səhər yeməyində yediyimiz çörək ağzımızda parçalanmağa başlayır. Lakin onunla birlikdə yediyimiz pendirin parçalanması üçün bir qədər zaman tələb olunur.
digestive
1. Pankreas
2. Safra kesesi
3. mide
4. ince bağırsak
Ağızda parçalanan qidalar qida borusuna keçərək mədəyə gəlir. Mədədə isə digər ideal tarazlıqla qarşılaşır. Qidaların mədədəki həzmi parçalayıcı qüvvəyə malik olan güclü bir maye tərəfindən həyata keçirilir. Bu maye mədədəki xlorid turşusudur. Bildiyiniz kimi, turşuların parçalayıcı təsiri var. Toxunduqları yeri yandırıb əridirlər. Məsələn, yolu tıxanmış əlüzyuyanı açmaq üçün ananızın istifadə etdiyi vasitələrin tərkibində turşu var. Bu turşular borularda qalmış qida qalıqlarını və çirki dərhal parçalara ayırıb tıxanmış yerləri açır. Beləliklə, mədəmizdə olan bu güclü turşular sayəsində də böyük parçalar şəklində mədəyə gələn qidalar orqanizmin istifadə edə biləcəyi vəziyyətə gətirilir. Lakin burada diqqət edilməli olan başqa məqam var.
Midenin İç Yapisi
Midemizin içindeki hücreler farklı salgılar salgılayarak yediğimiz yiyecekleri sindirmemizi sağlarlar.
internal structure of the stomach
I. Mide,
II. Mukoza hücreleri,
III. Mide çukuru,
IV. Mukus salgılayan mide hücresi
V. Mukus salgılayan başka bir mide hücresi
VI. Hidroklorik asit salgılayan mide hücresi
VII. Pepsinojen salgılayan mide hücresi
VIII. Gastrin salgılayan mide hücresi

potato
fast food
Qəbul etdiyimiz qidanı mədədəki turşunun parçalamasından bəhs etdik. Bəs nə üçün bu turşu özü də ətdən ibarət olan mədəmizi parçalamır? Fikirləşin, məsələn, axşam yeməyində yediyiniz əti mədənizdəki turşu həzm etdiyi halda, bəs ətdən olan mədənizin özünü niyə “görmür”? Bax, Rəbbimizin yaratdıqlarındakı qüsursuzluq burada da ortaya çıxır. Hər şeyi ideal yaradan Allah bu sistem içərisində mədənin özünün həzm olunmasının qarşısını alan müdafiə sistemini də yaratmışdır.
Bu müdafiə belə baş verir: həzm əsnasında mədə turşusunun mədəni parçalamasının qarşısını almaq üçün “mukus” adlanan başqa maye ifraz olunur. Bu maye mədənin daxili divarını tamamilə örtür və mədə turşusunun mədəyə zərər verməsinin qarşısını alır. Beləliklə, mədənin öz-özünü həzm etməsinin qarşısı alınır.
ice cream
Qidanın mədədə növbəti dayanacağı isə bağırsaqlardır. Nazik və yoğun olmaqla iki növ bağırsaqdan keçən qidalar bu yol boyu daha kiçik parçalara ayrılır və yenidən orqanizmin istifadə edəcəyi vəziyyətə gəlir. Bu qidaların əhəmiyyətli hissəsi nazik bağırsaqdan qanın tərkibinə keçir və lazımsız olanları isə xüsusi ifrazat sistemi vasitəsilə bədəndən xaric olunur.
chocolate
Qəbul etdiyimiz qidaların bağırsaqda keçirdiyi mərhələlər də çox əhəmiyyətlidir. Mədədə olduğu kimi, nazik bağırsaqda da həzm davam edir. Qidalar daha kiçik parçalara ayrılır. Burada qida artıq o qədər kiçilmişdir ki, bağırsaqların ətrafındakı incə qan damarlarının içinə girib qan vasitəsilə orqanizmin hər tərəfinə çatır.
Uşaqlar, diqqət etdinizsə, orqanizminizin həzm mexanizmi qüsursuz şəkildə planlaşdırılmışdır. Ağızdan başlayaraq qida borusu, mədə və bağırsaqlar boyu davam edən bu yol əsnasında yediyimiz qidalar müxtəlif mərhələlərdən keçir. Və nəticədə hüceyrələrimizin ehtiyacı olan qidalar əldə edilir. Bunlar da bağırsaqlardan qan yolu ilə orqanizmə göndərilir.
strawberry
children, juice
Hər şeydən əvvəl əgər dişlərimiz olmasaydı, qidaları kifayət qədər parçalaya bilməzdik və qida boğazımızdan keçməzdi. Keçsələr belə, qida borusunda böyük bir əngəl törətmiş olardılar. Əgər mədəmiz qidaları həzm edib parçalama xüsusiyyətinə malik olmasaydı, qəbul etdiyimiz hər qida kütlə halında mədədə qalıb narahatlığa səbəb olardı. Bundan əlavə qidaların həzm edilməməsi orqanizmimizin qidalanmaması deməkdir. Qidalanmayan orqanizm də bir müddət sonra bütün gücünü itirir və hüceyrələr ölməyə başlayır. Lakin biz bu ehtimallarla qarşılaşmırıq. Çünki Rəbbimiz orqanizmimizdəki hər parçanı nöqsansız yaratmışdır. Bu mükəmməl sistem biz hiss etmədən işləyir. Allah yaratdığı varlıqlarda olan qüsursuzluğu bir ayədə aşağıdakı kimi bildirir:

Mide
Mide sindirim görevinin yanı sıra depolama görevi de yapar. Besinler mideye geldikten sonra bir süre burada beklerler. Daha sonra daha küçük parçalara ayrılmak üzere yavaş yavaş ince bağırsağa geçerler. Eğer yedikleriniz midenizde depolanmasaydı her 20 dakikada bir yemek yemeniz gerekirdi. Çünkü mideniz hep boş olurdu ve siz sürekli açlık hissederdiniz.
stomach

fruit, children, juice
“O, yaradan, yoxdan var edən və surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvə və hikmət sahibidir!”(Həşr surəsi, 24)

Hiç yorum yok:

Yorum Gönder