21 Nisan 2016 Perşembe

Nəticə

Nəticə

children
Bu kitabda bir neçə örnəklə orqanizmimizdə hiss etmədən çoxlu proseslərin getdiyindən bəhs etdik. Eyni zamanda hər orqanımız, hər hüceyrəmiz ağlasığmaz sürət və qüsursuzluqla fəaliyyət göstərir. Hamısı müəyyən nizam və ahənglə onlar üçün müəyyən edilmiş funksiyaları yerinə yetirirlər. Qan daim ehtiyac duyulan qidaları daşıyır. Mədə və bağırsaqlar bu qidaları kiçildərək hüceyrələrin istifadə edə biləcəyi hala gətirir. Sinir hüceyrələri orqanizmin hər yerinə siqnallar göndərir, beynimiz bu siqnalları qəbul edir və bunun nəticəsində biz görürük, hiss edirik, dad bilirik, eşidirik və çoxlu belə fəaliyyət həyata keçir.
Bu proseslərdən hər hansı birində qüsur olduğu zaman böyük bir ləngimə olur. Sinir hüceyrələrimiz zədələnsə əlimiz, qolumuz müvazinətini itirər, mədə hüceyrələri zədələnsə həzm baş verməz, dilimizdəki hüceyrələr zədələnsə yediyimiz şokoladlı tortun, portağalın, bananın, peçenyelərin dadını bilmərik. Lakin bəzi xəstəlikləri çıxmaq şərti ilə yuxarıda sayılanların heç biri olmur. Biz gündəlik həyatımızı davam etdirərkən də orqanizmimiz öz fəaliyyətinə davam edir. Əlbəttə, həyatımızın hər anında davam edən qüsursuzluğun bir səbəbi vardır. Heç nə öz-özünə belə qüsursuz mexanizmlə fəaliyyətdə ola bilməz.
Evinizdə olan televizorun, soyuducunun, kompyuterin, yazı üçün istifadə etdiyiniz qələmlərin, bir sözlə, hər şeyin dizayneri var. Təyyarə və ya avtomobil öz-özünə yaranıb işləyə bilməz. Bunların mükəmməl işləməsini təmin edən, onları planlaşdırıb istehsal edən mühəndislər, texniklərdir. Belə olduğu halda, insan orqanizmi kimi qüsursuz bir sistemin təsadüfən meydana gəlməsi tamamilə qeyri-mümkündür.
children
Sizin də ağlınıza “Belə olduğu halda, bəs nə üçün bəzi insanlar öz orqanizmlərinin təsadüflər nəticəsində belə qüsursuz fəaliyyət göstərdiyini düşünürlər?” sualı gələcəkdir. Həqiqətən də bu, ortaya atılmış ən məntiqsiz iddiadır. Orqanizmimizdəki ideal nizamın təsadüfən yaranması mümkün deyil. Bu qüsursuzluq bizə orqanizmimizin yüksək ağıl sahibi tərəfindən planlaşdırdığını göstərir. Orqanizmimiz üstün bir yaradıcının yaratmasıdır. Bu yaradıcı isə Rəbbimiz olan Allahdır.
Allah Quranda biz qullarına qarşı çox şəfqətli olduğunu bildirir. Biz də Allahın bu şəfqət və mərhəmətinə görə Ona itaət etməli, bizə Quranda əmr etdiklərini tam şəkildə yerinə yetirməli və verdiyi bütün nemətlər üçün şükr etməliyik. Allah bir ayədə bizə belə buyurur:
“O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!” (Ənam surəsi, 102)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).

Hiç yorum yok:

Yorum Gönder