21 Nisan 2016 Perşembe

Giriş

Giriş

Əziz uşaqlar, hazır olun. Bir azdan çox böyük və möcüzəli bir dünyaya qədəm qoyacaqsınız. Bu dünya sizin marağınıza səbəb olacaq əhəmiyyətli xüsusiyyətlərə malikdir. Siz indiyə qədər bunu hiss etməyə bilərsiniz, lakin bu izdihamlı dünyanın trilyonlarla işçisi sizin üçün fasiləsiz olaraq işləyir. Təəccübləndiniz, elə deyilmi?
Vücudumuz her biri farklı görevler üstlenmiş çeşitli hücrelerden meydana gelir. Yukarıdaki şemada vücudumuzda yer alan bazı hücre çeşitleri görülmektedir. Bu hücreler birlikte çalışarak yaşamamızı sağlarlar.
cell, body
I.SİNİR DOKUSU,
II. YAPISAL BAĞ DOKUSU HÜCRESİ
III. KAS DOKUSU
IV. Bağ Dokusu Hücresi,
V. Kalp Kası Hücresi,
VI. Kıkırdak Hücresi,
VII. Iskelet Kas Hücresi,
VIII. EPİTEL DOKU,
IX. Bir Çeşit Böbrek Hücresi,
X. Kemik Hücresi,
XI. Başka Bir Çeşit Böbrek Hücresi,
XII. Mide Hücresi,
XIII.Düz Kas Hücresi
Bu qeyri-adi dünya öz orqanizminiz, sizin üçün işləyən işçilər də hüceyrələrinizdir. Orqanizminizin hər bir nöqtəsi hüceyrələrdən ibarətdir. Hal-hazırda orqanizminizdə sizə xidmət edən trilyonlarla hüceyrəniz var. Hətta siz bu yazını oxuduğunuz zaman da onlar fəaliyyətdədir.
Salgi Üreten Hücrelerimiz
secretory cells
Ve Hücrelerimiz Mikroskop Altinda...
And Our Cells Go Under The Microscope
Göz Hücresi
Sinir Hücresi
Kan Hücresi
Məsələn, bu kitabı oxumağınız üçün göz hüceyrələriniz fasiləsiz olaraq çalışır, həmçinin əllərinizdəki əzələ hüceyrələriniz kitabı tutmaq üçün çalışır. Siz nəfəs alarkən əvvəlcə nəfəs borunuzdakı hüceyrələr, sonra da ağciyərlərinizdəki hüceyrələr işləyir. Eyni anda mədənizdəki hüceyrələr də bir neçə saat əvvəl yediyiniz qidanı həzm etməyə çalışır.
Miracles In Our Bodies
Bu danışdıqlarımız orqanizminizdə bir an belə dayanmadan reallaşan proseslərdən yalnız bir neçəsidir. Bu proseslərin çoxunu siz hiss etmirsiniz. Bəs trilyonlarla hüceyrə necə birləşir, bunlar nə edəcəklərini necə bilir və eyni anda bu funksiyaları necə yerinə yetirirlər? Həm də heç bir problem yaranmadan. Heç bir hüceyrəniz başqa bir hüceyrənin funksiyasını yerinə yetirmək iddiasında deyil və ya “mən bu işi yerinə yetirmək istəmirəm” demir. Bunlardan əlavə, orqanizminizdəki bütün proseslər qeyri-adi bir sürətlə baş verir.
Növbəti səhifələrdə orqanizmimizdə baş verən gündəlik proseslərin - qidaların həzm edilməsi, nəfəs almaq, görmək, hiss etmənin nə qədər möcüzəli olduğunu birlikdə nəzərdən keçirəcəyik. Bu funksiyaları yerinə yetirərkən hüceyrələrimizin bəzən bir kimyaçı kimi maddələr istehsal etməsinin, bəzən bir mühəndis kimi hesablamalar aparmasının, bəzən də başqa hüceyrələrin ehtiyaclarını ödəməyə çalışmasının şahidi olacağıq.
Microscope, child
Bütün bu funksiyaları gözümüzlə görə bilmədiyimiz kiçik hüceyrələrin yerinə yetirməsi çox heyrətamiz bir haldır. Həm də hüceyrələr bu əhəmiyyətli işləri heç bir kömək olmadan yerinə yetirirlər. Hüceyrələrimiz bizim kimi insan deyil. Onlar bir-birini nə görə, eşidə bilir, nə də “ağıllı bir iş görək” - deyə düşünüb qərar ala bilirlər. Nə gözləri, nə qulaqları, nə də beyinləri var. Qarşıda müfəssəl şəkildə qeyd edəcəyimiz kimi, onlar kimyəvi formulları bilir, bu formullara görə maddələr istehsal edirlər, lakin onlar kimya oxumayıblar. Fizika qanunlarını bilirlər, işığı nizamlayıb görməmizi təmin edirlər, lakin fizikanı da bilmirər. Elə isə onlar bütün bunları necə bacarırlar?
Əlbəttə ki, hüceyrələrimiz bütün bu işləri öz ağılları sayəsində etmirlər. Yəqin ki, onların bu işləri müəyyən bir zaman içində öyrənmədiyini də artıq dərk etmisiniz.
Amma biz öz həyatımızı gözlə görülməyəcək dərəcədə kiçik olan bu varlıqların şüurlu hərəkəti sayəsində davam etdirə bilirik. Bütün bunlar bizim çox mühüm bir həqiqəti anlamağımız üçündür. Hüceyrələrimizə bu işləri gördürən, onlara nə edəcəklərini öyrədən çox yüksək bir ağıl sahibi vardır. Bu sonsuz ağıl sahibi bizi çox sevən, bizim hər cür nöqsan və ehtiyaclarımızı bilən, hər şeyi yaradan Allahdır.
laboratory
Vücudumuzun gözle görülmeyecek kadar küçük olan her bir hücresinde aşağıdaki laboratuvarda yapılan işlemlerin tamamı, hatta daha fazlası yapılır.
Orqanizmimizdəki trilyonlarla hüceyrənin hər biri Allahın qüsursuz planı əsasında çətin funksiyalarını tam şəkildə yerinə yetirirlər. Buna görə biz də heç bir axsaqlıq olmadan həyatımızı davam etdiririk. Sizin hər səhər məktəbə getmək üçün oyanmağınız, yediyiniz balın şirin dadını hiss etməyiniz, heç bir çətinlik çəkmədən nəfəs almağınız, sonra məktəbin həyətində qaçıb dostlarınızla oyun oynaya bilməniz və etdiyiniz başqa bir çox hərəkətlər Allahın sizə olan mərhəmət və şəfqətinin nəticəsidir.
cell
Resimde bir hücrenin içini görüyorsunuz. Tam ortada hücrenin çekirdeği vardır. Çevresindekiler ise hücrede görev yapan diğer parçalardır.
I. Çekirdek
II. Ribozom
Allah dünyadakı hər şey kimi sizi də qüsursuz yaratmış və ehtiyacınız olan hər şeyi vermişdir. Buna görə də bizə dünyadakı ən gözəl hədiyyələrin hər birindən çox dəyərli olan nemətləri verən Rəbbimizə şükr etməliyik.
Və Allahın bizə verdiyi nemətlər üzərində yaxşı düşünməliyik. Allah bizə yolgöstərici olaraq göndərdiyi müqəddəs kitabımız Qurandakı ayələrdə insanların düşünməsi üçün bəzi mövzulardan örnəklər vermişdir. Bir ayədə Allah bizə belə buyurur:
“Həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfinə yaymasında, küləyin bir səmtdən başqa bir səmtə əsməsində, göylə yer arasında (Allahın əmrinə) tabe buludların hərəkətində ağıl və düşüncə sahibi olan insanlar üçün əlamətlər vardır” (Bəqərə surəsi, 164).
Beləliklə, bu kitabda orqanizmimiz haqqında veriləcək məlumatlar üzərində birlikdə düşünəcəyik. Allahın necə incə və ideal bir bədən quruluşu yaratdığını öyrənəcəyik. Kitabı oxuyub bitirdikdən sonra isə Allahı daha çox sevəcək və Ona daha çox şükr edəcəksiniz. Ətrafınızdakı düşünməyən insanlara təəccüblənəcək və bildiklərinizi onlara da öyrədərək onların da düşünməsini istəyəcəksiniz.
childrenchild

Akıllı Tasarım yani Yaratılış

Çocuklar, kitapta zaman zaman karşınıza Allah'ın yaratmasındaki mükemmelliği vurgulamak için kullandığımız "tasarım" kelimesi çıkacak. Bu kelimenin hangi maksatla kullanıldığının doğru anlaşılması çok önemli. Allah'ın tüm evrende kusursuz bir tasarım yaratmış olması, Rabbimiz'in önce plan yaptığı daha sonra yarattığı anlamına gelmez. Bilinmelidir ki, yerlerin ve göklerin Rabbi olan Allah'ın yaratmak için herhangi bir 'tasarım' yapmaya ihtiyacı yoktur. Allah'ın tasarlaması ve yaratması aynı anda olur. Allah bu tür eksikliklerden münezzehtir. Allah'ın, bir şeyin ya da bir işin olmasını dilediğinde, onun olması için yalnızca "Ol!" demesi yeterlidir. Ayetlerde şöyle buyurulmaktadır:
Bir şeyi dilediği zaman, O'nun emri yalnızca: "OL" demesidir; o da hemen oluverir. (Yasin Suresi, 82)
Gökleri ve yeri (bir örnek edinmeksizin) yaratandır. O, bir işin olmasına karar verirse, ona yalnızca "OL" der, o da hemen oluverir. (Bakara Suresi, 117)

Gözlə Görünməyən Nəhəng Müəssisə: Hüceyrə

Gözlə Görünməyən Nəhəng Müəssisə: Hüceyrə

cells, human body
1 Trilyon Hücre
iğne ucu büyüklüğünde bir noktada
Kitabın giriş hissəsində orqanizminizin trilyonlarla hüceyrənin birləşməsindən əmələ gəldiyini qeyd etmişdik. Lakin bu, kiçik bir rəqəm deyil. Trilyon sayı çox böyük bir miqdardır. Hər bir yetkin insanın orqanizmində cəmi 100 trilyona yaxın hüceyrə var. Lakin bu hüceyrələr çox kiçik olduqlarından bizim orqanizmimiz nəhəng ölçüdə deyil. İndi verəcəyimiz örnəkləri oxuduğunuz zaman hüceyrələrin nə qədər kiçik olduğunu biləcəksiniz. Orqanizmimizdə bir milyon hüceyrə birləşəndə yalnız iynə ucu qədər yer tutur. Bu qədər kiçik olmasına baxmayaraq, hüceyrənin hansı quruluşa malik olması hələ tam məlum deyil. Alimlər hüceyrənin içindəki sistemləri hələ də araşdırır.
Sizin orqanizminizi təşkil edən ilk hüceyrə ata və ananızdan gələn bir ədəd hüceyrənin ananızın orqanizmində birləşməsi ilə əmələ gəlir. Bu hüceyrə fasiləsiz olaraq bölünür və bir müddət sonra əvvəlcə kiçik bir ət parçası şəklinə düşür. Sonra bu ət parçasını təşkil edən hüceyrələr də bölünməkdə davam edir və orqanizminiz tədricən formalaşmağa başlayır.
Əmələ gələn hər yeni hüceyrəniz başqa bir forma alır. Biri qan hüceyrəsi, digəri sümük hüceyrəsi, başqa biri isə sinir hüceyrəsi funksiyasını daşıyır. Orqanizmimizdə bir-birindən fərqli şəkildə 200 növ hüceyrə var. Əslində, bu hüceyrələrin hamısı eyni hissələrdən təşkil olunur, lakin müxtəlif funksiyaları yerinə yetirirlər.
types of cells
Üstteki resimde bölünerek çoğalan bu hücreler daha sonra aşağıda birkaç tanesini gördüğünüz yüzlerce farklı hücreye dönüşür.
MUSCLETISSUENERVECELL
Kas Dokusu
Sinir Hücresi
SKIN CELLSBLOOD CELLS
Deri Hücreleri
Kan Hücreleri
Məsələn, şəkildə də gördüyünüz kimi, ayaqlarınızdakı əzələ hüceyrələri sizin hərəkət edə bilməyiniz və qaça bilməyiniz üçün hörülmüş kəndir formasındadır. Bu quruluşları sayəsində siz topla oynayarkən ayağınızdakı və ya qolunuzdakı əzələlər həddən artıq dartıldığı zaman qırılmır. Qan hüceyrələriniz isə kürəcik formasındadır. Bu hüceyrənin vəzifəsi bədən üçün lazımlı olan oksigeni damarlar vasitəsilə daşımaqdır. Bu forması sayəsində oksigenlə birlikdə qan damarları ilə asanlıqla axıb gedirlər. Dəri hüceyrələriniz də sıx şəkildə bir sırada düzülmüşlər. Beləliklə, dərimiz mikrobları və suyu keçirmir.
cable
Yukarıda gördüğünüz kabloları bu işi iyi bilen uzman kişiler yaparlar. Yani bu kablolar tasarım ürünüdür.
Bu hüceyrələr kimi, digər bütün hüceyrələr də tamamilə funksiyalarına uyğun formaya malikdir. Lakin təbii ki, onların bu formada olmaları təsadüfi deyil. Kompyuterləri, avtomobilləri və ya təyyarələri xatırlayın. Bu aparat və mühərriklərin formasını, onların işləməsi üçün lazım olan sistemlərin layihəsini hazırlayan bir insan var. Bütün detalları bu aparatları istehsal edən firmanın texniki işçiləri fikirləşir və planlaşdırırlar. Avtomobillər sərnişinlərin ən rahat və təhlükəsiz şəkildə hərəkət edəcəyi, televizorlar isə görüntünü və səsi ən keyfiyyətli şəkildə tamaşaçıya çatdıracaq şəkildə istehsal edilir. Bunları yalnız texniki alətlərə deyil, həmçinin bütün əşyalara aid etmək olar. Masa, stul, yaşadığınız bina, istifadə etdiyiniz qələm, yemək yediyiniz qaşıqlar, çəngəllər... Bütün bunlar müəyyən layihənin məhsuludur. Hər birinin detalları incəliyinə qədər hesablanıb, heç biri təsadüfən ortaya çıxmayıb. Bildiyiniz kimi, planın və nəticədə də məhsulun ortaya çıxması üçün ağıl olmalıdır.
radio
İndi həmin örnəyi orqanizmimizdə olan hüceyrələr haqqında düşünək. Hüceyrələrimiz televizordan və ya başqa bir texnoloji alətdən daha ideal plana və iş rejiminə malikdir. Bundan əlavə, qeyri-adi xüsusiyyətləri olan bu hüceyrələrimiz həm də canlıdır. Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, alimlər bu kiçik varlıqların içində olan möcüzəvi sistemi hələ də tam kəşf edə bilməyiblər.
organels
Hücrenin içindeki yapılara organel adı verilir. Hepsinin hücre içinde farklı görevleri vardır.
1- Hücrenin besinini taşıyan depolar
2- Lizozom: Hücrenin sindirim organıdır. Atıkları ve tehlikeli maddeleri yok eder.
3- Hücre çekirdeği: Genleri taşır ve hücre faaliyetlerini düzenler.
4- Mitokondri: Hücrenin enerji kaynağıdır.
5- Golgi: Bu uzun keseler hücre dışına gönderilmek üzere hücre ürünlerini hazırlarlar.
6- Ribozom: Bu fabrikalar hücrenin kullanması için protein üretirler.
7- Çekirdekçik: Ribozom yapar ve depolar.
Hücrenin yapısının ne kadar mucizevi ve detaylı olduğunu daha iyi anlamanız için şöyle bir örnek verelim: Bir hücre, içinde her türlü çalışma sistemini barındıran bir şehre benzer. Bu şehirde enerji üreten santraller, gerekli malzemeleri üreten fabrikalar, üretilen malzemeleri saklayan depolar, ihtiyaç duyulan malzemeleri taşıyan boru hatları, laboratuvarlar ve rafineriler vardır. İşte hücrelerimizin içlerindeki bu sistemlerin kusursuz şekilde çalışmasıyla hayatımız devam eder.
Ancak şunu unutmayın ki hücrenin büyüklüğü modern bir şehir gibi kilometrelerce kare değil, yalnızca milimetrenin 100'de biri kadardır.
Yəqin ki, kiçik bir sahədə insan ağlının dərk etmədiyi belə planın necə mümkün olduğunu düşünmüsünüz, elə deyilmi?
Bütün bunlar hüceyrələrimizi çox üstün bir ağıl sahibinin planlaşdırıb yaratdığını bizə bir daha sübut edir. Bu üstün ağıl sahibi bizi bütün orqanizmimizlə qüsursuz şəkildə yaradan Allahdır.
body, cell
ÇOCUKLAR !
Resimleri numaralar yönünde takip ederseniz, hücre içinde nasıl bir düzenle işlerin yürütüldüğünü görebilirsiniz.
1 ve 2. Yabancı her cisim hücrenin kapılarında durdurulur ve denetimden geçer.
3. Hücrenin içi işlek bir fabrika gibidir
4. Hücrenin tam ortasında bilgi işlem merkezi şeklinde çalışan çekirdek vardır.
5. Ayrıca hücrede rafineri gibi çalışan bir bölüm de vardır.

Vücudumuzu Əhatə Edən Nəhəng Sistem

Vücudumuzu Əhatə Edən Nəhəng Sistem

Heç əvvəllər bu sualları özünüzə vermişdinizmi:
  • Şİndi nəfəs almalıyammı?
  • Ürəyimin təzyiqlə vurduğu qan kifayət edirmi?
  • Hansı hüceyrələrimin, hansı orqanlarımın nə qədər enerjiyə ehtiyacı var?
  • Mədəm yediyim yeməkləri nə zaman həzm etməyə başlamalıdır?
  • Gözümə düşməli olan işığın miqdarı kifayət qədərdirmi?
  • Qolumu hərəkət etdirmək üçün hansı əzələlərimi işlədim?
NeuronCell
Bu suallar insana qəribə gəlir, elə deyilmi? Çünki biz heç vaxt bu sualları özümüzə vermirik, hətta çoxumuzun bu proseslərin fasiləsiz olaraq getdiyindən belə xəbəri yoxdur. Orqanizmimiz bütün bu işləri avtomatik olaraq edir. O, bunu bizi hər tərəfdən əhatə edən sinir sistemi vasitəsilə edir. Sinir sistemi trilyonlarla sinir hüceyrəsinin bir-biri ilə birləşməsindən əmələ gəlir.
neuron cell
Orqanizmimizi əhatə edən sinir sistemini aşağıdakı şəkildə gördüyünüz avtomobil yollarına bənzədə bilərik. Bu sistem sayəsində orqanizmimizdəki hüceyrələrlə ayaqlarımızdakı əzələ hüceyrələri arasında əlaqə yaranır və vücudun bütün hüceyrələri bir-biri ilə əlaqədə olur. Lakin sinir sistemimiz kilometrlərlə uzunluqda, çoxqovşaqlı, ikimərtəbəli yolları olan, gediş-gəlişin ayrı yollardan təmin edildiyi avtomobil yolundan daha əhatəli sistemə malikdir. Avtomobil yollarında avtomobillərin bir bölgədən başqa bir bölgəyə getməsi kimi, orqanizmimizdəki sinir sistemi üzərində də hərəkət edən qıcıqlar var. Bu qıcıqlar bir nahiyədən başqa bir nahiyəyə məlumat ötürürlər.
childrenchildren
childrenchildren
Siz gün içinde bu hareketleri yaparken vücudunuzdaki sinir hücreleri sürekli hareket halindedir.

neuron
Vücudunuzu saran sinirler sayesinde beyninize sürekli uyarılar gelir. Beyin de bu uyarıları değerlendirir ve gereken yerlere cevaplar gönderir. Hareket edebilmenizi, görebilmenizi, duyabilmenizi sağlayan işte beynin gönderdiği bu cevaplardır.
1. Beyin, 2. Omurilik
Orqanizmdə olan bu qıcıqlar təsəvvür edə bilməyəcəyiniz qədər sürətli hərəkət edir. Məsələn, siz qolunuzu qatlamaq istədiyiniz zaman beyninizdən bir elektrik siqnalı çıxır. Bu qarışıq səfər əsnasında siqnal əsasən onurğa beyinə gedir. Oradan da xəbər çatdırılması lazım olan orqana doğru sürətlə hərəkət edir. Qol əzələniz tamamilə qatlanır və qolunuz dirsəkdən bükülür. Bütün bu proseslər saniyənin mində biri qədər qısa zaman ərzində baş verir. Gözünüzü açıb-yumanda keçən müddətin təxminən 1 saniyə olduğunu nəzərə alsaq, saniyənin mində birinin nə qədər qısa zaman olduğunu təsəvvür edə bilərik. Beləliklə, bu misalda olduğu kimi orqanizmin hər yerinə çatdırılan qıcıqlar sinirlər vasitəsilə beyinə göndərilir. Hədsiz dərəcədə böyük bir sürətlə orqanizmimizin hər bir hissəsindən beyinə fasiləsiz olaraq xəbər verilir. Bunun sayəsində siz danışır, gülür, dondurmanın dadını bilir və ya itinizlə oynayırsınız. Bu işləri görərkən arada heç bir fasilə olmur, düşündüyünüzü həmin anda edə bilirsiniz. Baxdığınız anda görür, danışığı eşidir, bir cismə toxunduğunuz anda onun isti və ya soyuq olduğunu dərhal hiss edirsiniz. Beləliklə, bütün bunlar sinir sisteminizin və beyninizin ideal ahəngi sayəsində mümkün olur.
Hal-hazırda da sinir refleksləriniz yüksək bir sürətlə işləyir. Barmaqlarınızın ucundakı sinirlər əlinizdə tutduğunuz bu kitabın ağırlığı haqqında beyninizə məlumat göndərir və bu ağırlığa uyğun bir qüvvə ilə siz bu kitabı qaldırırsınız. Bundan əlavə gözlərinizdən, burnunuzdan, qulaqlarınızdan, ayaqlarınızdan və orqanizminizin başqa bir çox yerlərindən beyninizə siqnallar gəlir.
Yanda gördüğünüz, etrafında saçak gibi uzantıları olan bu hücre, bir sinir hücresidir. Gövdesinden uzanan dallanmalar sayesinde birbirlerine bağlanan milyarlarca sinir hücresi vücudu bir ağ gibi sarar. Sinir uzantılarının birbirleriyle birleştikleri yerde de bir boşluk oluşur ve sinir uyarıları bu boşluktan diğerine geçerler.
neuron cell
I. Dentritler,
II. Çekirdekçik,
III. Çekirdek

Beləliklə, beyniniz gələn bu siqnalları qəbul edir və hər yerə lazımi məlumatları göndərir. Orqanizminiz də bu məlumatlara görə hərəkət edir. İndi bütün bunları yenidən düşünək. Orqanizminizdə eyni anda müxtəlif proseslər baş verir. Eyni vaxtda kitab oxuyursunuz, ətrafdan gələn səsləri eşidirsiniz, ayağınıza sürtünərək keçən pişiyinizin tüklərini hiss edirsiniz, meyvə şirəsinin dadını bilirsiniz, ürəyiniz döyünür və orqanizminizdə bir çox başqa proseslər baş verir.
Bəs bütün bunlar yalnız bir-iki saniyəlik sizin nəzarətinizə verilsəydi, nə baş verə bilərdi? Əlbəttə ki, bunların hamısını eyni vaxtda idarə etməyimiz mümkün deyil. Lakin Allahın bizi qüsursuz yaratması sayəsində beyin və orqanizmimizin digər hissələri bütün bunları bir-biri ilə əlaqəli şəkildə, bizim müdaxiləmiz olmadan edir. Orqanizmdən bütün məlumatlar siqnal şəklində beyinə gəlir və bu siqnalların mənası açıqlanıb təhlil edilir. Yalnız bunun sayəsində siz itinizin tüklərinin yumşaqlığını, küləyin sərinliyini, içdiyiniz şaftalı şirəsinin ləzzətini, kartof qızartmasının qoxusunu hiss edirsiniz. Bəs sizcə, çəkisi 1,5 kiloqramdan çox olmayan və ət parçası olan beyninizin bütün bunları öz-özünə etməsi mümkündürmü? Əlbəttə ki, bu qeyri-mümkündür. Yalnız Allahın sizi ideal şəkildə yaratması nəticəsində beyniniz bu işlərin hamısını eyni anda görə bilir.
childrenchildren

Dostunuz sakitcə yanınıza gəlib əllərini bir-birinə çırpsa gözlərinizi qırpacaqsınız. Belə də olmalıdır, çünki refleks hərəkətidir. Refleks sizin bədəninizin qıcıqlara qarşı verdiyi cəld cavablara deyilir. Bu qədər cəld olmalarının səbəbi refleks anında siqnalların beyinə qədər çatmayıb lazım olan cavabı onurğa beynindən almalarıdır. Bu, Allahın bizim üçün yaratdığı çox böyük nemətdir, çünki bunun sayəsində bir çox təhlükədən qorunuruq.
reflex
Məsələn, əlimizi isti bir stəkana toxundurduğumuz zaman dərhal sürətlə geri çəkirik. Refleks orqanizmin qorunması üçün Allahın yaratdığı təhlükəsizlik mexanizmidir. Allahın verdiyi ilhamla sinir refleksləri orqanizminizdə saniyədə 9 kilometr sürətlə hərəkət edir və biz təhlükədən xilas oluruq.

Beynimiz Necə Fəaliyyət Göstərir?
Ayrı-ayrı şəkil hissələrini yerə düzün və fərz edin ki, bunlar dünyaya aid bütün məlumatlardır. Məsələn, bəzi hissələr işıq, bəzi hissələr rəng, bəzi hissələr də səslər olsun. İndi bu hissələri bir-bir əlinizə alın və şəkli tamamlayana qədər birləşdirin. Sizin uzun müddət düşünərək etdiyiniz bu hərəkəti Allahın ilhamı ilə hərəkət edən beyniniz saniyədə yüz dəfə edə bilir. Necə?
Beyin gözlərdən, burundan, qulaqlardan, dəridən, ağızdan gələn məlumatları bir yerə toplayaraq nəticə çıxarır. Bunu edən isə beynimizdəki 100 milyard sinir hüceyrəsidir. Bu hüceyrələr fasiləsiz olaraq fəaliyyət göstərərək sizin yediyiniz almanın rəngini görməyinizə, ən yaxın dostunuzun səsini tanımağınıza, kartof qızartmasının qoxusunu hiss etməyinizə imkan yaradır.

Yan səhifədəki şəkildə beyinin içində danışan, görən, duyan, qoxulayan, hərəkət edən, yatan uşaqları görürsünüz. Əlbəttə ki, bu xəyali bir şəkildir. Bu şəkil beyinin hansı nahiyəsində hansı hərəkətlərin baş verdiyini göstərmək üçündür. Əslində isə beyinin içindəkilər yalnız mikroskopik sinir hüceyrələridir. Bəs necə düşünürsünüz, sinir hüceyrələri ən çox sevdiyiniz oyuncağı görə və ya şokoladlı dondurmanın dadını hiss edə bilərmi? Əlbəttə ki, bu mümkün deyil.
brain
1-Koklama 
2-Dokunma
3-Hareket 
4-İşitme 
5-Uyuma
6-Görme
7-Konuşma
8-Denge 
9-Tat alma
Çünki sinir hüceyrələri incə ipə bənzəyən ət parçalarından ibarətdir. Bu halda, ətrafımızdakı ideal dünyanı yaradan çox yüksək bir qüvvə sahibi olmalıdır. Bu qüvvənin sahibi Allahdır. Hər şeyin sahibi olan Allah ətrafımızdakı hər şeyi qüsursuz yaradır və bizə gözəl bir həyat verir. Bizim vəzifəmiz isə Rəbbimizə şükr etməkdir. Allah Quranda gözlərimizi və qulaqlarımızı örnək verərək buna şükr etməli olduğumuzu belə bildirir:
“Sizə qulaq, göz və ürək verən Odur. Siz çox az şükür edirsiniz” (Muminun surəsi, 78)

Yediyimiz Qidalarin Orqanizmdə Dövr Etməsi

Yediyimiz Qidalarin Orqanizmdə Dövr Etməsi

Orqanizmimizin fəaliyyəti üçün lazım olan enerjini müxtəlif qidalardan alırıq. Lakin makaron, ət və ya banan kimi qidaların orqanizm tərəfindən istifadə edilə bilməsi üçün ilk olaraq bu qidalar həzm edilməlidir. Qidalar həzm edildikdən sonra artıq orqanizmin hüceyrələri onlardan istifadə etməyə başlayır. Bananda və ya almada olan şəkər hüceyrələrinizi qidalandırır və enerjinizi artırır, ətin tərkibində olan protein isə hüceyrələrinizin inkişaf etməsinə, yəni orqanizminizin böyüməsinə səbəb olur. Bunu dərk etmək üçün bir qədər keçmişə gedib yenicə dünyaya gəldiyiniz vaxtı xəyalınıza gətirin.
grow
YAŞ 1
YAŞ 7
YAŞ 11
Yeni doğulduğunuz zaman təxminən 2-3 kiloqram ağırlığında idiniz. 10 yaşında 30-35, 15 yaşında 40-45, 20-25 yaşında isə 50-60 kiloqram olacaqsınız.
Aradakı bu çəki fərqinin səbəbi yediyiniz qidaların tərkibindəki maddələrin müəyyən zaman keçdikdən sonra orqanizmə əlavə olunmasıdır. Bu qidaların bir hissəsi sizin velosipedə minməyiniz, qaçıb oynamağınız üçün lazım olan enerjini təmin edir, digər hissəsi isə orqanizminizə əlavə olunur və ətinizi, sümüyünüzü əmələ gətirir. Yerdə qalan lazımsız hissəsi isə bədəndən xaric olunur. Beləliklə, bütün bu proseslər həzm sisteminizdə baş verir. Mədə, bağırsaqlar və mədəaltı vəzi kimi orqanlar həzm sistemində əsas rol oynayır.
digestive system
Ağizdan Başlayarak Bağirsaklara Doğru Devam Eden Sindirim Kanalinin Uzunluğu 10 Metredir
1- Tükürük bezleri nişastanın sindirilmesini sağlayan tükürük salgısını üretirler.
2- Karbonhidrat içerikli besin
3- Karbonhidratlar şekere dönüşür.
4- Glikoz karaciğere gider.
5- İnsülin karaciğere glikozu, glikojen olarak depolamasını bildirir.
6- Karaciğer glikojen depolar.
7- İnsülin karaciğere glikojeni glikoza çevirmesini bildirir.
8- Kan şekeri düştüğünde, pankreas karaciğere glukagon hormonu gönderir.
9- Kan şekeri yükseldiğinde, pankreas karaciğere insülin hormonu gönderir.
10- Pankreasta karbonhidratları parçalayan bir başka enzim üretilir.
11- On iki parmak bağırsağında karbonhidratlar daha küçük parçalara bölünür.
12- Glikoz kana karışır.
Həzm sisteminin fəaliyyəti neftayırma zavodlarının fəaliyyət prinsipinə bənzəyir. Neftayırma zavodlarına xammal kimi gələn neft qurğular vasitəsilə təmizlənərək istifadəyə verilir. Yediyimiz qidalar da mədəmizə xammal kimi daxil olur və orqanizmin ondan istifadə etməsi üçün müxtəlif mərhələlərdən keçir. Mədə və bağırsaqlarda həzm olunan qidalar hüceyrələrin qidalanacağı hala gəlir və qan damarları yolu ilə bütün qidalar ehtiyac olan yerə doğru hərəkət edir.
factory
Neftayırma zavodlarında bir maddə müəyyən üsullarla müxtəlif məhsullara - avtomobilləri hərəkətə gətirən benzinə və ya idman ayaqqabısının rezin hissəsinə çevrilirsə, yediyimiz məhsulların içindəki qidalar da mədənin ehtiyacına görə yağ, şəkər və karbohidrat olaraq çox kiçik hissələrə ayrılır. Lakin unutmayın ki, siz dadlı bir sendviç yedikdən sonra mədənizdə gedən proseslər neftayırma zavodunda baş verənlərdən daha mürəkkəbdir. Bundan əlavə bir azdan oxuyacağınız bu hadisələr neftayırma zavodu kimi nəhəng bir yerdə deyil, orqanizmimizin kiçik bir hissəsində baş verir.
Orqanizmimizdə həzm proseslərinin getdiyi yol cəmi 10 metr uzunluğundadır. Bu isə insan boyundan 6-7 dəfə hündür ölçü deməkdir ki, belə bir uzunluğun orqanizmimizə yerləşdirilməsi də qeyri-adi haldır. Belə uzun kanal orqanizmimizə necə yerləşdirilmişdir? Beləliklə, bu sualın cavabı orqanizmimizin yaradılmasında xüsusi nizam olduğunu bir daha sübut edir.
Yan səhifədə şəklini gördüyünüz həzm borusu orqanizmimizə qıvrılmış formada yerləşdirildiyi üçün uzun olmasına baxmayaraq, kiçik bir sahəni tutur. Bu xüsusi plan hər şeyi yaradan Rəbbimizin qüsursuz planıdır. Həzm sisteminin bu xüsusiyyəti Allahın orqanizmimizdə yaratdığı möcüzələrdən yalnız biridir.
Dişlərinizin Görünüşcə Nə Üçün Bir-Birindən Fərqli Olduğunu Bilirsinizmi?
Bunun səbəbi dişlərin hər birinin öz müxtəlif funksiyasının olmasıdır. Məsələn, ön dişləriniz iti olduğu üçün almanı asanlıqla dişləyə bilirsiniz. Bəs arxadakı azı dişləriniz öndə olsaydı? Bəli, doğru düşündünüz. Bu halda almanı azı dişlərinizlə kəsə bilməzdiniz. Həmçinin kəsici ön dişləriniz də ağzınızın arxa hissəsində olsaydı, bu dəfə də yediyiniz qidanı çeynəyə bilməyəcəkdiniz.
Orqanizmimizin hər bir hissəsində olduğu kimi ağzımızdakı dişlər də Allahın qüsursuz yaratması ilə bizim üçün ən sərfəli şəkildə düzülmüşdür.
teeth

Dilinizin Arxasında Faydalı Bakteriyalar Var
Bakteriyalar əsasən zərərlidir və onların zərərli təsirindən qorunmaq üçün həm orqanizmin, həm də ətrafın təmizliyinə diqqət yetirilməlidir. Lakin alimlər son illərdə zərərli bakteriyalarla yanaşı zərərsiz bakteriyaların da mövcud olduğunu kəşf ediblər. Bəli, səhv oxumadınız, orqanizminizdə sizin üçün faydalı olan bakteriyalar da var. Dilinizin arxa hissəsindəki bu bakteriyaların vəzifəsi mədəmizdəki zərərli mikrobları yox etməkdir. Lakin əlbəttə ki, bu mikrobların yox edilməsi asan deyil. Bunun üçün mərhələli proseslər baş verir. Ən əvvəl bakteriyalar qəbul etdiyiniz yaşıl yarpaqlı qidaların, məsələn, salatın içində olan “nitrat” adlı maddəni dilinizin arxa hissəsində “nitrit” adlı başqa bir maddəyə çevirir. Lakin proses bununla bitmir. Bu dəfə ağız suyu nitritlə birləşdiyi zaman mikroböldürücü təsiri olan başqa bir maddəyə çevrilir. Beləliklə, dilinizin arxa hissəsindəki bakteriyalar sayəsində ağızda mikroböldürücü maddə əmələ gəlir. Bildiyiniz kimi, mikroblar orqanizmdə müxtəlif xəstəliklərə şərait yaradır. Elə bu mikroböldürücü maddəni ifraz edən zərərsiz bakteriyalar sayəsində çoxlu xəstəlikdən qorunmuş olursunuz. Bu zərərsiz bakteriyalar da orqanizmimizi mükəmməl şəkildə yaradan Rəbbimizin bizə olan şəfqətinin göstəricilərindən biridir. Allah bizə bir çox gözəllik və nemətlər vermişdir və bir Quran ayəsində də Allah bu nemətlərin çoxluğunu belə bildirir:
behind the language
“Əgər Allahın nemətlərini sayacaq olsanız,
sayıb qurtara bilməzsiniz.
Həqiqətən Allah bağışlayan və rəhm edəndir!”
(Nəhl surəsi, 18)

Mədəmiz Qidanı Necə Həzm Edir?

children
Yuxarıda qısa olaraq bəhs etdiyimiz həzm sistemini indi bir az da dərindən incələyək. Nəfəs almağınızı, üzməyinizi, velosiped sürməyinizi, qida qəbul etməyinizi düşünün... Bütün bunlar gündəlik həyatın bir hissəsidir. Lakin bütün bunların necə baş verdiyini çox vaxt fikirləşmirik. Orqanizmimizin enerjiyə ehtiyacı var. Bu enerjini qəbul etdiyimiz qidalardan aldığımızı qeyd etmişdik. Amma orqanizmin ehtiyacı olan qidalar qanın içində hərəkət edə biləcək qədər kiçik, sadə hissələr şəklində olmalıdır. Əks halda onlar hüceyrələrin içinə daxil ola bilməz. Lakin bizim qəbul etdiyimiz qidalar böyük hissələr şəklindədir. Bu zaman orqanizmimizin qəbul etdiyimiz qidadan istifadə edə bilməsi üçün bu böyük qida hissələrini həzm edən sistemə ehtiyac yaranır. Əslində, buna qısaca olaraq qəbul etdiyimiz qidanı daha kiçik hissələrə ayıran dəyirman da demək olar. Beləliklə, orqanizmimizdəki bu dəyirmana “həzm sistemi” adı verilmişdir.
Bu sistem hər hansı bir aparatda olduğu kimi müxtəlif hissələrdən ibarətdir və bu hissələrin hər biri qüsursuz olaraq işlədiyi üçün qidaları həzm edə bilirsiniz. Həzm sisteminin hissələrinin bir-birinə uyğun şəkildə olması çox əhəmiyyətlidir, əks halda sistem işləmir.
İndi isə sistemin işləyə bilməsi üçün hər bir hissənin yerli-yerində olmasının əhəmiyyətini daha aydın başa düşəsiniz deyə örnək verək.
food
Uzaqdan idarə olunan avtomobil təkərlər, idarəetmə pultu, mühərrik, batareyalar, dişli çarx, baraban və anten kimi müxtəlif hissələrdən ibarətdir. Həzm sistemində də eyni şəkildə müxtəlif hissələr var. Bunlar mədə, qida borusu, dişlər, dil, bağırsaqlar kimi müxtəlif orqanlarımızdır.
CoverstheLarynx
Vücudumuzda hayat kurtaran bir kapı vardır. Bu kapı nefes borusunun hemen yukarısındaki gırtlak kapağıdır. Yutkunduğunuzda gırtlak kapağı kapanır, böylece nefes borusunun girişi de kapanmış olur ve yediğimiz yiyecekler nefes borusuna kaçmaz.
I. gırtlak kapağı açık,   
II. gırtlak kapağı kapalı.
İndi isə uzaqdan idarə olunan avtomobilin antensiz və ya təkərlərsiz hərəkət etdiyini düşünək. Əlbəttə ki, bu mümkün deyil. Avtomobil yalnız bütün hissələri birlikdə olduğu zaman işləyir. Beləliklə, həzm sisteminin şalıçması üçün də bütün hissələr olmalıdır. Qida borusu olmadan mədənin olması mənasızdır. Çünki qidanı mədəyə aparan qida borusudur. Və ya mədə olmadan bağırsaqlar heç bir işə yaramaz. Çünki mədədə həzm edilən qidalar bağırsaqlara keçərək hüceyrələrimizi qidalandaracaq hala gətirilir.
car
Haqqında danışdığımız bu sistem göstərir ki, hər şeyin yaradıcısı olan Rəbbimiz bizim üçün hər yöndən qüsursuz bir sistem yaratmışdır. Bu bir daha sübut edir ki, Rəbbimizdən başqa Tanrı yoxdur. Bir ayədə Allah belə buyurur:
“Sizin Tanrınız ancaq o Allahdır ki, Ondan başqa heç bir Tanrı yoxdur. O, elmi ilə hər şeyi ehtiva etmişdir!”
(Taha surəsi, 98)

Həzm Mexanizmi Fəaliyyətə Başlayır....

Qidanın həzmi əvvəl ağızda başlayır. Qəbul etdiyiniz qidaların tərkibində olan karbohidratlar ilk olaraq ağız suyu tərəfindən parçalanır. Məsələn, səhər yeməyində yediyimiz çörək ağzımızda parçalanmağa başlayır. Lakin onunla birlikdə yediyimiz pendirin parçalanması üçün bir qədər zaman tələb olunur.
digestive
1. Pankreas
2. Safra kesesi
3. mide
4. ince bağırsak
Ağızda parçalanan qidalar qida borusuna keçərək mədəyə gəlir. Mədədə isə digər ideal tarazlıqla qarşılaşır. Qidaların mədədəki həzmi parçalayıcı qüvvəyə malik olan güclü bir maye tərəfindən həyata keçirilir. Bu maye mədədəki xlorid turşusudur. Bildiyiniz kimi, turşuların parçalayıcı təsiri var. Toxunduqları yeri yandırıb əridirlər. Məsələn, yolu tıxanmış əlüzyuyanı açmaq üçün ananızın istifadə etdiyi vasitələrin tərkibində turşu var. Bu turşular borularda qalmış qida qalıqlarını və çirki dərhal parçalara ayırıb tıxanmış yerləri açır. Beləliklə, mədəmizdə olan bu güclü turşular sayəsində də böyük parçalar şəklində mədəyə gələn qidalar orqanizmin istifadə edə biləcəyi vəziyyətə gətirilir. Lakin burada diqqət edilməli olan başqa məqam var.
Midenin İç Yapisi
Midemizin içindeki hücreler farklı salgılar salgılayarak yediğimiz yiyecekleri sindirmemizi sağlarlar.
internal structure of the stomach
I. Mide,
II. Mukoza hücreleri,
III. Mide çukuru,
IV. Mukus salgılayan mide hücresi
V. Mukus salgılayan başka bir mide hücresi
VI. Hidroklorik asit salgılayan mide hücresi
VII. Pepsinojen salgılayan mide hücresi
VIII. Gastrin salgılayan mide hücresi

potato
fast food
Qəbul etdiyimiz qidanı mədədəki turşunun parçalamasından bəhs etdik. Bəs nə üçün bu turşu özü də ətdən ibarət olan mədəmizi parçalamır? Fikirləşin, məsələn, axşam yeməyində yediyiniz əti mədənizdəki turşu həzm etdiyi halda, bəs ətdən olan mədənizin özünü niyə “görmür”? Bax, Rəbbimizin yaratdıqlarındakı qüsursuzluq burada da ortaya çıxır. Hər şeyi ideal yaradan Allah bu sistem içərisində mədənin özünün həzm olunmasının qarşısını alan müdafiə sistemini də yaratmışdır.
Bu müdafiə belə baş verir: həzm əsnasında mədə turşusunun mədəni parçalamasının qarşısını almaq üçün “mukus” adlanan başqa maye ifraz olunur. Bu maye mədənin daxili divarını tamamilə örtür və mədə turşusunun mədəyə zərər verməsinin qarşısını alır. Beləliklə, mədənin öz-özünü həzm etməsinin qarşısı alınır.
ice cream
Qidanın mədədə növbəti dayanacağı isə bağırsaqlardır. Nazik və yoğun olmaqla iki növ bağırsaqdan keçən qidalar bu yol boyu daha kiçik parçalara ayrılır və yenidən orqanizmin istifadə edəcəyi vəziyyətə gəlir. Bu qidaların əhəmiyyətli hissəsi nazik bağırsaqdan qanın tərkibinə keçir və lazımsız olanları isə xüsusi ifrazat sistemi vasitəsilə bədəndən xaric olunur.
chocolate
Qəbul etdiyimiz qidaların bağırsaqda keçirdiyi mərhələlər də çox əhəmiyyətlidir. Mədədə olduğu kimi, nazik bağırsaqda da həzm davam edir. Qidalar daha kiçik parçalara ayrılır. Burada qida artıq o qədər kiçilmişdir ki, bağırsaqların ətrafındakı incə qan damarlarının içinə girib qan vasitəsilə orqanizmin hər tərəfinə çatır.
Uşaqlar, diqqət etdinizsə, orqanizminizin həzm mexanizmi qüsursuz şəkildə planlaşdırılmışdır. Ağızdan başlayaraq qida borusu, mədə və bağırsaqlar boyu davam edən bu yol əsnasında yediyimiz qidalar müxtəlif mərhələlərdən keçir. Və nəticədə hüceyrələrimizin ehtiyacı olan qidalar əldə edilir. Bunlar da bağırsaqlardan qan yolu ilə orqanizmə göndərilir.
strawberry
children, juice
Hər şeydən əvvəl əgər dişlərimiz olmasaydı, qidaları kifayət qədər parçalaya bilməzdik və qida boğazımızdan keçməzdi. Keçsələr belə, qida borusunda böyük bir əngəl törətmiş olardılar. Əgər mədəmiz qidaları həzm edib parçalama xüsusiyyətinə malik olmasaydı, qəbul etdiyimiz hər qida kütlə halında mədədə qalıb narahatlığa səbəb olardı. Bundan əlavə qidaların həzm edilməməsi orqanizmimizin qidalanmaması deməkdir. Qidalanmayan orqanizm də bir müddət sonra bütün gücünü itirir və hüceyrələr ölməyə başlayır. Lakin biz bu ehtimallarla qarşılaşmırıq. Çünki Rəbbimiz orqanizmimizdəki hər parçanı nöqsansız yaratmışdır. Bu mükəmməl sistem biz hiss etmədən işləyir. Allah yaratdığı varlıqlarda olan qüsursuzluğu bir ayədə aşağıdakı kimi bildirir:

Mide
Mide sindirim görevinin yanı sıra depolama görevi de yapar. Besinler mideye geldikten sonra bir süre burada beklerler. Daha sonra daha küçük parçalara ayrılmak üzere yavaş yavaş ince bağırsağa geçerler. Eğer yedikleriniz midenizde depolanmasaydı her 20 dakikada bir yemek yemeniz gerekirdi. Çünkü mideniz hep boş olurdu ve siz sürekli açlık hissederdiniz.
stomach

fruit, children, juice
“O, yaradan, yoxdan var edən və surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvə və hikmət sahibidir!”(Həşr surəsi, 24)