Vücudumuzu Əhatə Edən Nəhəng Sistem
Heç əvvəllər bu sualları özünüzə vermişdinizmi:
- Şİndi nəfəs almalıyammı?
- Ürəyimin təzyiqlə vurduğu qan kifayət edirmi?
- Hansı hüceyrələrimin, hansı orqanlarımın nə qədər enerjiyə ehtiyacı var?
- Mədəm yediyim yeməkləri nə zaman həzm etməyə başlamalıdır?
- Gözümə düşməli olan işığın miqdarı kifayət qədərdirmi?
- Qolumu hərəkət etdirmək üçün hansı əzələlərimi işlədim?
Bu suallar insana qəribə gəlir, elə deyilmi? Çünki biz heç vaxt bu sualları özümüzə vermirik, hətta çoxumuzun bu proseslərin fasiləsiz olaraq getdiyindən belə xəbəri yoxdur. Orqanizmimiz bütün bu işləri avtomatik olaraq edir. O, bunu bizi hər tərəfdən əhatə edən sinir sistemi vasitəsilə edir. Sinir sistemi trilyonlarla sinir hüceyrəsinin bir-biri ilə birləşməsindən əmələ gəlir.
Orqanizmimizi əhatə edən sinir sistemini aşağıdakı şəkildə gördüyünüz avtomobil yollarına bənzədə bilərik. Bu sistem sayəsində orqanizmimizdəki hüceyrələrlə ayaqlarımızdakı əzələ hüceyrələri arasında əlaqə yaranır və vücudun bütün hüceyrələri bir-biri ilə əlaqədə olur. Lakin sinir sistemimiz kilometrlərlə uzunluqda, çoxqovşaqlı, ikimərtəbəli yolları olan, gediş-gəlişin ayrı yollardan təmin edildiyi avtomobil yolundan daha əhatəli sistemə malikdir. Avtomobil yollarında avtomobillərin bir bölgədən başqa bir bölgəyə getməsi kimi, orqanizmimizdəki sinir sistemi üzərində də hərəkət edən qıcıqlar var. Bu qıcıqlar bir nahiyədən başqa bir nahiyəyə məlumat ötürürlər.
Siz gün içinde bu hareketleri yaparken vücudunuzdaki sinir hücreleri sürekli hareket halindedir.
| |
Vücudunuzu saran sinirler sayesinde beyninize sürekli uyarılar gelir. Beyin de bu uyarıları değerlendirir ve gereken yerlere cevaplar gönderir. Hareket edebilmenizi, görebilmenizi, duyabilmenizi sağlayan işte beynin gönderdiği bu cevaplardır.
1. Beyin, 2. Omurilik
|
Orqanizmdə olan bu qıcıqlar təsəvvür edə bilməyəcəyiniz qədər sürətli hərəkət edir. Məsələn, siz qolunuzu qatlamaq istədiyiniz zaman beyninizdən bir elektrik siqnalı çıxır. Bu qarışıq səfər əsnasında siqnal əsasən onurğa beyinə gedir. Oradan da xəbər çatdırılması lazım olan orqana doğru sürətlə hərəkət edir. Qol əzələniz tamamilə qatlanır və qolunuz dirsəkdən bükülür. Bütün bu proseslər saniyənin mində biri qədər qısa zaman ərzində baş verir. Gözünüzü açıb-yumanda keçən müddətin təxminən 1 saniyə olduğunu nəzərə alsaq, saniyənin mində birinin nə qədər qısa zaman olduğunu təsəvvür edə bilərik. Beləliklə, bu misalda olduğu kimi orqanizmin hər yerinə çatdırılan qıcıqlar sinirlər vasitəsilə beyinə göndərilir. Hədsiz dərəcədə böyük bir sürətlə orqanizmimizin hər bir hissəsindən beyinə fasiləsiz olaraq xəbər verilir. Bunun sayəsində siz danışır, gülür, dondurmanın dadını bilir və ya itinizlə oynayırsınız. Bu işləri görərkən arada heç bir fasilə olmur, düşündüyünüzü həmin anda edə bilirsiniz. Baxdığınız anda görür, danışığı eşidir, bir cismə toxunduğunuz anda onun isti və ya soyuq olduğunu dərhal hiss edirsiniz. Beləliklə, bütün bunlar sinir sisteminizin və beyninizin ideal ahəngi sayəsində mümkün olur.
Hal-hazırda da sinir refleksləriniz yüksək bir sürətlə işləyir. Barmaqlarınızın ucundakı sinirlər əlinizdə tutduğunuz bu kitabın ağırlığı haqqında beyninizə məlumat göndərir və bu ağırlığa uyğun bir qüvvə ilə siz bu kitabı qaldırırsınız. Bundan əlavə gözlərinizdən, burnunuzdan, qulaqlarınızdan, ayaqlarınızdan və orqanizminizin başqa bir çox yerlərindən beyninizə siqnallar gəlir.
Yanda gördüğünüz, etrafında saçak gibi uzantıları olan bu hücre, bir sinir hücresidir. Gövdesinden uzanan dallanmalar sayesinde birbirlerine bağlanan milyarlarca sinir hücresi vücudu bir ağ gibi sarar. Sinir uzantılarının birbirleriyle birleştikleri yerde de bir boşluk oluşur ve sinir uyarıları bu boşluktan diğerine geçerler.
| |
I. Dentritler,
II. Çekirdekçik, III. Çekirdek |
Beləliklə, beyniniz gələn bu siqnalları qəbul edir və hər yerə lazımi məlumatları göndərir. Orqanizminiz də bu məlumatlara görə hərəkət edir. İndi bütün bunları yenidən düşünək. Orqanizminizdə eyni anda müxtəlif proseslər baş verir. Eyni vaxtda kitab oxuyursunuz, ətrafdan gələn səsləri eşidirsiniz, ayağınıza sürtünərək keçən pişiyinizin tüklərini hiss edirsiniz, meyvə şirəsinin dadını bilirsiniz, ürəyiniz döyünür və orqanizminizdə bir çox başqa proseslər baş verir.
Bəs bütün bunlar yalnız bir-iki saniyəlik sizin nəzarətinizə verilsəydi, nə baş verə bilərdi? Əlbəttə ki, bunların hamısını eyni vaxtda idarə etməyimiz mümkün deyil. Lakin Allahın bizi qüsursuz yaratması sayəsində beyin və orqanizmimizin digər hissələri bütün bunları bir-biri ilə əlaqəli şəkildə, bizim müdaxiləmiz olmadan edir. Orqanizmdən bütün məlumatlar siqnal şəklində beyinə gəlir və bu siqnalların mənası açıqlanıb təhlil edilir. Yalnız bunun sayəsində siz itinizin tüklərinin yumşaqlığını, küləyin sərinliyini, içdiyiniz şaftalı şirəsinin ləzzətini, kartof qızartmasının qoxusunu hiss edirsiniz. Bəs sizcə, çəkisi 1,5 kiloqramdan çox olmayan və ət parçası olan beyninizin bütün bunları öz-özünə etməsi mümkündürmü? Əlbəttə ki, bu qeyri-mümkündür. Yalnız Allahın sizi ideal şəkildə yaratması nəticəsində beyniniz bu işlərin hamısını eyni anda görə bilir.
Dostunuz sakitcə yanınıza gəlib əllərini bir-birinə çırpsa gözlərinizi qırpacaqsınız. Belə də olmalıdır, çünki refleks hərəkətidir. Refleks sizin bədəninizin qıcıqlara qarşı verdiyi cəld cavablara deyilir. Bu qədər cəld olmalarının səbəbi refleks anında siqnalların beyinə qədər çatmayıb lazım olan cavabı onurğa beynindən almalarıdır. Bu, Allahın bizim üçün yaratdığı çox böyük nemətdir, çünki bunun sayəsində bir çox təhlükədən qorunuruq.
| |
Məsələn, əlimizi isti bir stəkana toxundurduğumuz zaman dərhal sürətlə geri çəkirik. Refleks orqanizmin qorunması üçün Allahın yaratdığı təhlükəsizlik mexanizmidir. Allahın verdiyi ilhamla sinir refleksləri orqanizminizdə saniyədə 9 kilometr sürətlə hərəkət edir və biz təhlükədən xilas oluruq.
| |
Beynimiz Necə Fəaliyyət Göstərir?
Ayrı-ayrı şəkil hissələrini yerə düzün və fərz edin ki, bunlar dünyaya aid bütün məlumatlardır. Məsələn, bəzi hissələr işıq, bəzi hissələr rəng, bəzi hissələr də səslər olsun. İndi bu hissələri bir-bir əlinizə alın və şəkli tamamlayana qədər birləşdirin. Sizin uzun müddət düşünərək etdiyiniz bu hərəkəti Allahın ilhamı ilə hərəkət edən beyniniz saniyədə yüz dəfə edə bilir. Necə?
Beyin gözlərdən, burundan, qulaqlardan, dəridən, ağızdan gələn məlumatları bir yerə toplayaraq nəticə çıxarır. Bunu edən isə beynimizdəki 100 milyard sinir hüceyrəsidir. Bu hüceyrələr fasiləsiz olaraq fəaliyyət göstərərək sizin yediyiniz almanın rəngini görməyinizə, ən yaxın dostunuzun səsini tanımağınıza, kartof qızartmasının qoxusunu hiss etməyinizə imkan yaradır.
Yan səhifədəki şəkildə beyinin içində danışan, görən, duyan, qoxulayan, hərəkət edən, yatan uşaqları görürsünüz. Əlbəttə ki, bu xəyali bir şəkildir. Bu şəkil beyinin hansı nahiyəsində hansı hərəkətlərin baş verdiyini göstərmək üçündür. Əslində isə beyinin içindəkilər yalnız mikroskopik sinir hüceyrələridir. Bəs necə düşünürsünüz, sinir hüceyrələri ən çox sevdiyiniz oyuncağı görə və ya şokoladlı dondurmanın dadını hiss edə bilərmi? Əlbəttə ki, bu mümkün deyil.
1-Koklama
2-Dokunma 3-Hareket |
4-İşitme
5-Uyuma 6-Görme |
7-Konuşma
8-Denge 9-Tat alma |
Çünki sinir hüceyrələri incə ipə bənzəyən ət parçalarından ibarətdir. Bu halda, ətrafımızdakı ideal dünyanı yaradan çox yüksək bir qüvvə sahibi olmalıdır. Bu qüvvənin sahibi Allahdır. Hər şeyin sahibi olan Allah ətrafımızdakı hər şeyi qüsursuz yaradır və bizə gözəl bir həyat verir. Bizim vəzifəmiz isə Rəbbimizə şükr etməkdir. Allah Quranda gözlərimizi və qulaqlarımızı örnək verərək buna şükr etməli olduğumuzu belə bildirir:
“Sizə qulaq, göz və ürək verən Odur. Siz çox az şükür edirsiniz” (Muminun surəsi, 78)
Hiç yorum yok:
Yorum Gönder